AZ

32 ilin qürurverici fəaliyyət yolu TƏHLİL

YAP Cənubi Qafqazın lider partiyası olduğunu əməli fəaliyyəti ilə nümayiş etdirib

Yorulmaq bilmədən çalışan, ruhdan düşmədən göstərilən fədakarlıq, yüksək zəhmət istənilən halda hədəflərə çatmağa, istəkləri reallaşdırmağa imkan verir. Azərbaycan xalqı da çətinliklərlə, üzücü problemlərlə üzləşsə də, heç zaman ümidsizliyə qapılmayıb, ruhdan düşməyib, məqsəd və hədəfindən yayınmayıb. Ötən əsrin 90-cı illərində Azərbaycan dövləti dəhşətli problemlər məngənəsində sıxılsa da, xalqın sabaha olan inamı, xüsusilə də Ulu Öndərimiz Heydər Əliyevin ətrafında sıx birləşməsi ölkəmizin üzləşdiyi ağır, üzücü məsələlərin aradan qaldırılmasına şərait yaratdı. İstər yerli, istər xarici siyasi ekspertlər, dövlət və hökumət adamları da təsdiq edirlər ki, əgər 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın çağırışına əsasən Azərbaycanda hakimiyyətə gəlməsə idi, bu gün dünya xəritəsində Azərbaycan adlı dövlət olmayacaqdı. Ancaq Dahi Öndərimiz Heydər Əliyev dövlətini sevən, xalqına bağlı olan böyük şəxsiyyət, dahi lider olduğu üçün xalqın çağırışına seyriçi qalmadı, xalqının yanında oldu, ikinci dəfə hakimiyyətə gəlməklə dövləti dağılmaqdan, xalqını bəlalardan xilas etdi. Ulu Öndərimiz Heydər Əliyev hər bir problemi həll edərkən, çətin məsəlləri aradan qaldırarkən Azərbaycan xalqına arxalanmışdır. Dahi Öndərimiz Heydər Əliyev böyük uzaqgörənliklə demişdir: “Mən həmişə xalqa arxalanmışam, xalqa bel bağlamışam. Mənim həyatım həmişə xalqla bir yerdə olub, bu gün də bir yerdədir, sabah da bir yerdə olacaqdır”.

Xalqa, dövlətə əvəzsiz xidmətləri ilə Ulu Öndərimiz Heydər Əliyev müstəqil Azərbaycan tarixində əbədi yaşamaq haqqı qazanmışdır

O dövrdə Azərbaycan ziyalıları da xüsusi fəallıqları ilə seçilirdilər. Məhz onların ardıcıl və davamlı fəaliyyətləri, Ulu Öndərimiz Heydər Əliyevə ünvanladıqları məktublar, müraciətlər xalqın ümidsizliyə düçar olmasının ardan qaldırılmasında xüsusi rol oynamışdır. Xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, o cümlədən ziyalılar Ulu Öndər Heydər Əliyevə müraciət etdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının “Səs” qəzeti vasitəsi Ulu Öndər Heydər Əliyevə ünvanladığı müraciətdə müraciət də deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Azərbaycan xalqının xilaskarı, dövlətimizin qurucusu Ümummilli Lider Heydər Əliyev “Səs” qəzeti vasitəsi ilə ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”

O zaman hakimiyyəti zəbt etmiş AXC-Müsavat iqtidarı Yeni Azərbaycan Partiyasının yaradılmasına ciddi əngəllər yaratmağa başladı. Ona görə də, 1992-ci il noyabrın 21-də 550 nəfər Naxçıvanda toplandı və keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Dahi Öndərimiz Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Həmin tarixi hadisələri dəyərləndirən Ulu Öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.

Yeni və qüdrətli Azərbaycan uğurunda

Yeni Azərbaycan Partiyası təsis edilməsi ilə qısa müddətdə ölkənin hər yerində özək təşkilatları yaradıldı. Partiyanın təşkilatlanması və daha da genişlənməsi fonunda Dahi Öndərimiz Heydər Əliyev Bakıya gəlib xalqın yanında olduğunu nümayiş etdirdi. Parlamentin sədri və prezident səlahiyyətlərinin icrasına başladıqdan qısa müddət sonra ölkə də yaranan ictimai siyasi sabitli, iqtisadi dirçəliş xalqın əyilmiş qəddini düzəltdi. Xalq öz liderinə buna görə öz təşəkkürünü bildirmək üçün Ona bir ad verdi- Ümummilli Lider. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Xəzərin Azərbaycan sektorunda 15 ölkənin, 33 iri neft şirkətinin iştirakı ilə 22 neft-qaz müqaviləsinin imzalanmasına səbəb oldu. Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycanın yeni neft strategiyasının təməl daşı, iqtisadiyyatımızın ana xəttidir. Mütəxəssislər haqlı olaraq bu layihəni Azərbaycanın taleyində dövlət müstəqilliyi qədər əhəmiyyətli tarixi hadisə hesab edirlər. Azərbaycanın sosial-iqtisadi tərəqqisinə, onun beynəlxalq aləmə iqtisadi inteqrasiyasına zəmin yaradan bu misilsiz layihəyə görə nəinki Azərbaycan, hətta bir çox xalqlar Heydər Əliyevə minnətdar olacaqlar. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi haqqında müqaviləni bağlamaqla Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycanın yox, Gürcüstan və Türkiyənin də iqtisadi inkişafına zəmin yaratdı. Üstəlik, bu ölkələrin təhlükəsizliyini təmin etdi.

Azərbaycanda siyasi sabitliyin təmin olunması və iqtisadi inkişafa nail olunmasından narahat olan yerli və xarici qüvvələr ölkədə qarşıdurma yaratmağa, sabitliyi pozmağa cəhdlər göstərdilər. Hətta dövlət çevrilişləri təşkil etməklə ölkəni yenidən xaos və anarxiya girdabına atmağa cəhdlər göstərdilər. Lakin Ulu Öndər Heydər Əliyevin qəti iradəsi, möhkəm əzmi ilə 1994-cü il oktyabr, 1995-ci il mart dövlət çevrilişlərinin qarşısı məharətlə alındı. Dahi Öndər Heydər Əliyev 1994-cü ilin may ayında atəşkəs haqqında müqavilə imzalamaqla Azərbaycanı siyasi, iqtisadi və hərbi böhrandan qurtardı. Dünyanın Azərbaycana qarşı siyasətini dəyişdi. Onun diqqətini Vətənimizə yönəltdi. Heç şübhəsiz ki, Azərbaycanın əldə etdiyi siyasi, iqtisadi, hərbi uğurlarda Yeni Azərbaycan Partiyasınında müstəsna rolu və yer var. Kəmiyyət və keyfiyyət baxımından üstün olması YAP-ın nəinki Azərbaycanda, eyni zamanda, Cənubi Qafqazda böyük siyasi qüvvəyə çevirib. Xalqın iradəsini ifadə edən, iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanan, ölkənin avanqard partiyasının üzvü olmaq hər bir gənc üçün böyük şərəf və məsuliyyətdir.

YAP qələbələr partiyasıdır

YAP-ın müasir dövrün tələblərinə uyğun olaraq formalaşması və inkişafı 1999-cu ildə keçirilmiş qurultayından sonra bir qədərdə genişləndi və təkmilləşdi. YAP-ın rəhbərliyinə Azərbaycan gənclərinin lideri olaraq Cənab İlham Əliyevin seçilməsi partiyanın həyatında dinamik dönüş yaratdı. 1999-cu ildən sonra Yeni Azərbaycan Partiyası dünyanın bir sıra ölkələrinin siyasi təşkilatları ilə ikitərəfli əlaqələr qurdu, beynəlxalq təşkilatlarda təmsilçilik hüququ qazandı. Buna isə yeni dövrün yeni lideri olan Cənab İlham Əliyevin xüsusi xidmətləri sayəsində nail olundu. 2005-ci ilin mart ayında keçirilən YAP-ın III Qurultayında Azərbaycan Prezidenti, YAP Sədrinin Birinci müavini Cənab İlham Əliyevin partiyanın Sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı. Faktlara istinadən demək olar ki, Ulu Öndər Heydər Əliyev ideyalarına söykənən YAP-ın ilbəil gücləndiyinin bir daha şahidi olarıq. Belə ki, əgər YAP-ın 2001-ci ildə keçirilmiş II Qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, III Qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlmişdi. Yeni Azərbaycan Partiyasının Partiyanın VII qurultayı daha möhtəşəm, tarixi bir mərhələdə keçirildi. Həmin tarixi anlar 30 il işğal altında olmuş torpaqlarımızın işğaldan azad olunması idi. Azərbaycan Prezidenti, Fateh Sərkərdə, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev VII qurultayda Vətən Müharibəsində qazanılan Qələbədən geniş və iftixar hissi ilə danışdı və qeyd etdi ki, bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir: “Partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir”.

YAP-ın VII qurultayında vacib qərarlar qəbul edildi. Partiyanın yeni Nizamnaməsinin qəbul olunması, İdarə Heyətinin 40 nəfərdən ibarət tərkibdə seçilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması baxımından aktuallıq kəsb edir. Bütövlükdə, YAP-ın VII qurultayı və qəbul olunan qərarlar partiyanın fəaliyyətini yeni mərhələyə yüksəldir. Ən əsası, qəbul olunan qərarlarla YAP həm də yeni siyasi nümunə ortaya qoydu. Ən əsası, VII qurultay göstərdi ki, ölkənin aparıcı siyasi qüvvəsi kimi YAP bundan sonra da qarşısında dayanan vəzifələri layiqincə yerinə yetirəcək.

Qələbələr və uğurlar davamlı olacaq

Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Fateh Sərkərdə, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində 30 il erməni işğalı altında olan torpaqlarımız azadlığına qovuşdu. 2016-cı ilin aprelində Müzəffər ordumuz öz gücünü erməniləri bir sıra məntəqələrdə məhv edib, sıradan çıxartmaqla dünyaya nümayiş etdirdi. Aprel döyüşlərində qəhrəman ordumuz Ermənistanın təxribatına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və bununla da Cocuq Mərcanlının təhlükəsizliyinin təmin edilməsi oldu. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürüldü .2020-ci ilin sentyabrın 27-dən başlayan 44 günlük savaşda erməni terroru tamamilə məhv edildi. Döyüş zamanı 300-ə qədər kəndi, 5 şəhəri, 4 qəsəbəni, xeyli sayda strateji yüksəklikləri işğaldan azad etməsi noyabrın 10-da Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan Bəyanatın imzalanması ilə nəticələndi. Yenilməz Sərkərdə, Prezident İlham Əliyevin Sərəncamı əsasında Qarabağın ürəyi Şuşanın işğaldan azad edildiyi gün- 8 noyabr Zəfər Günü kimi təsis olundu. Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində demişdir: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!. Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!”.

2023-cü il sentyabrın 19-da başlayan və 23 saat 44 dəqiqə çəkən antiterror tədbirləri ilə Qarabağdakı separatizm tamamilə sıradan çıxarıldı və terrorçular həbs edilərək istintaqa təhvil verildi. Artıq Qarabağımız rahat nəfəs alır, aparılan genişmiqyaslı quruculuq, abadlıq, təmir işlərindən sonra insanlar öz doğma yurd –yuvalarına qayıdırlar. Bu qayıdış isə əbədidir.

İLHAM ƏLİYEV

Seçilən
14
sesqazeti.az

1Mənbələr