AZ

Güzəştli ipoteka kreditləri alanların siyahısı genişləndirilə bilərmi? Açıqlama

Güzəştli ipoteka kreditlərini alanların siyahısını genişləndirsək, onda bu güzəşti itirəcəyik.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, gələn il dövlət büdcəsində də İpoteka Fonduna dövlət pul ayıracaq:

"Güzəştli krediti 4%-lə verirlər. AMB-nin faiz dərəcəsi 7,5%-dir. Ümumiyyətlə, burada uçot faiz dərəcəsi ilə güzəştli ipoteka arasında müəyyən əlaqə olmalıdır. Pulun müəyyən dəyəri var. Dövlətin gəlirləri müəyyən mənbələrdən təmin olunur.

Biz gəlirlərimizin artırılması istiqamətində çalışmalıyıq. Bu vacib vəzifədir. İqlim dəyişikliyi ilə bağlı son vəziyyət araşdırılarkən müşahidə edilib ki, dekarbonlaşma meyilləri güclənməkdədir. Bizim neft-qaz sektorundan olan gəlirlərimiz azalır. Gələn il bu sektordan olan gəlirlər cari illə müqayisədə 750 milyon manat azalacaq.

Növbəti ilin büdcəsində neftin bir barelinin qiyməti builkindən az götürülür. Bu da gəlirlərə təsir edir. İkincisi isə yataqların tükənməsi ilə bağlıdır. Neft şirkətinin ödədiyi vergilər gələn il 120 milyon manat azalır. Müsbət hal isə odur ki, qeyri-neft sektorundan daha çox gəlir əldə etməyə nail olacağıq".

Seçilən
9
5
xezerxeber.az

6Mənbələr