AZ

Azərbaycanda apteklərin dərman satışından qazancı 1 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən əczaçılıq məhsulları və tibbi ləvazimatlara 1 milyard 34 mln. manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 0,5% azdır. 

Qeyd edək ki, hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,1 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
9
banco.az

1Mənbələr