İsrail HƏMAS-a ultimatum verməlidir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotriç bildirib.
O qeyd edib ki, HƏMAS tərəfindən oğurlanan girovları geri qaytarmaq üçün İsrail ordusu Qəzza zolağının bütün şimal hissəsini işğal etməlidir.
"İsrail HƏMAS-a məlumat verməlidir ki, girovlar geri qayıtmasalar, biz öz suverenliyimizi həyata keçirəcəyik və orada əbədi qalacağıq", - Smotriç bildirib.