AZ

Rusiya məktəblərimizə bombalar yerləşdirir - Çexiya kəşfiyyatından İDDİA

Çexiya və Slovakiyadakı məktəblərə qarşı son bomba hədələrinin arxasında Rusiya dayanır.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu Çexiya Kəşfiyyat Xidmətinin rəhbəri Mixal Kudelka deyib.
 
Kəşfiyyat Xidmətinin rəhbəri qeyd edib ki, sentyabrın əvvəlində yüzlərlə Çexiya və Slovakiya məktəbində partlayıcı maddələrin yerləşdirildiyi barədə xəbərdarlıq edilib.
 
Bu təhdidlərə görə, məktəblər bir neçə gün bağlanıb və polis tərəfindən araşdırma aparılıb.
 
Lakin araşdırmalar nəticəsində məktəbin ətrafında heç bir partlayıcı maddə aşkar edilməyib.
 
Kudelka \"Şərin qloballaşdığının şahidi oluruq. Şər oxundakı ölkələr (Rusiya, Çin, İran və Şimali Koreya) bir-birini dəstəkləyir, bir-birini tamamlayır və məqsədlərinə çatmaq üçün bir-birinə kömək edir. Bu, çox ciddi bir haldır\" - deyə o xəbərdarlıq edib.

Xatırladaq ki, Çexiya bu illər ərzində Rusiya kəşfiyyat agentləri tərəfindən həyata keçirilən bir sıra hücumların şahidi olub. 2021-ci ildə Çex kəşfiyyatı 2014-cü ildə baş verən ölümcül partlayışın arxasında Rusiyanın dayandığını üzə çıxaran 18 rusiyalı diplomatı deportasiya edib.
 
Mikayıl
Seçilən
7
azxeber.com

1Mənbələr