AZ

Politoloq: Tramp nə Rusiyaya, nə də Ukraynaya təzyiq edə bilməyəcək...

Ukraynay Rusiya ərazisini uzaq mənzilli raketlərlə vurmağa icazə qərarı ABŞ, Britaniya və Fransa arasında aparılan məxfi danışıqların nəticəsi ola bilərmi?..

Politoloq: “Əslində ABŞ-da Demokratların da planlarından biri ondan ibarətidi ki, əgər seçkilərdə Harrisin qələbəsi olarsa, Ukraynaya dəstək mövzusunda indiki şübhəli və məchul plan davam etsin. Amma əgər Respublikaçılar qələbə qazanarsa, o zaman ATACMS və digər raketlərin Rusiya ərazisində istifadəsinə icazə versinlər”.

“Hesab edirəm ki, Britaniyadan daha çox Fransa Demokratların qələbəsinə arzulayırdı”.

Bu sözləri politoloq Tural İsmayılov Ukrayna qərarı ilə Baydenin Trampa etmək istədiklərini Poliqon-a şərh edərkən qeyd edib.

Seçki marafonu zamanı Tramp dəfələrlə bildirmişdi, seçilərsə, andiçmə mərasimindən əvvəl Ukrayna münaqişəsini 24 saata həll edəcək. O zaman bəlli idi ki, bu mümkün deyil. Digər tərəfdən Trampın davranışlarından belə çıxır ki, o, münaqişəni diplomatik yoldan daha çox hakim sifəti ilə həll etməyi düşünür və ortada isə hər iki tərəfi razı salacaq heç bir həll planı belə yoxdur. Baydenin uzaqmənzilli silahlarla Rusiya dərinliyinə zərbə endirmək barədə qərarından sonra isə vəziyyət tamamilə dəyişir və təbii ki, bu qərar Rusiyanı daha da aqressivləşdirəcək. Hesab edirsinizmi ki, bu fonda Tramp gələn il Ukrayna müharibəsini bitirə biləcək, yoxsa əksinə, müharibə daha da qızışacaq?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Tural İsmayılovla müzakirə edib.

Tural İsmayılov: “Bayden birmənalı şəkildə Trampı məsuliyyət qarşısında qoymaq üçün bu addımı atdı”.

ABŞ-ın bu gün Rusiya ilə müharibədə Ukraynada ciddi pozitiv nəticələri kökdən dəyişəcək bir məqamları müşahidə etmədiklərini vurğulayan politoloq Poliqon-a bildirib ki, bu baxımdan da, Ukraynanın ərazi bütövlüyünü təmin edəcək zəfərinin əldə olunmadığını gördükləri üçün Trampa pislik edərək onu məsuliyyət qarşısında qoymağa çalışırlar:

“Mənə elə gəlir ki, Bayden hakimiyyəti qəsdən bunları edir. Əslində ABŞ-da Demokratların da planlarından biri ondan ibarətidi ki, əgər seçkilərdə Harrisin qələbəsi olarsa, Ukraynaya dəstək mövzusunda indiki şübhəli və məchul plan davam etsin. Amma əgər Respublikaçılar qələbə qazanarsa, o zaman ATACMS və digər raketlərin Rusiya ərazisində istifadəsinə icazə versinlər.

Amma təbii ki, burada simvolik bir məna da ola bilər. Biz unutmayaq ki, Bayden bu qərarı versə də, onun hakimiyyətinin sonuna çox az bir müddət qalıb və artıq yanvar ayının ortalarından etibarən hakimiyyətin Donald Trampa ötürülməsi baş verəcək. Hətta, yeni ABŞ prezidenti gələn kimi xarici siyasətlə bağlı ilk qərarlarından biri Baydenin Ukraynaya raketlərin istifadə edilməsiylə bağlı verdiyi qərarın ləğvi ola bilər.

Tural İsmayılov: “Yeni ABŞ prezidenti gələn kimi xarici siyasətlə bağlı ilk qərarlarından biri Baydenin Ukraynaya raketlərin istifadə edilməsiylə bağlı verdiyi qərarın ləğvi ola bilər”.

Əslində nəzərə almaq lazımdır ki, bu gün ABŞ-da Demokratların qələbəsini istəyən Qərb mərkəzli bir çox dövlətlər var. Hesab edirəm ki, Britaniyadan daha çox Fransa Demokratların qələbəsinə arzulayırdı. Figər tərəfdən isə hazırda Britaniyasa hakim partiyanın Trampa olan münasibəti də bəllidir. İndi onlar Baydenin simvolik, amma eyni zamanda müharibənin taleyi üçün ciddi nəticələnməyəcək qərarını dəstək nümayiş etdirərək, həm də Trampa qarşı bir demanş edirlər.

Əlbəttə ki, Bayden birmənalı şəkildə Trampı məsuliyyət qarşısında qoymaq üçün bu addımı atdı. Həm də, ABŞ yaxşı başa düşür ki, bu gün Rusiya ilə müharibədə Ukraynada ciddi pozitiv nəticələri kökdən dəyişəcək bir məqamları müşahidə etmirlər. Bu baxımdan da, Ukraynanın ərazi bütövlüyünü təmin edəcək zəfərinin əldə olunmadığını gördükləri üçün Trampa pislik edərək onu məsuliyyət qarşısında qoymağa çalışırlar.

Digər tərəfdən təbii ki, bu qərar münaqişəni daha şiddətləndirıcək. Mən hesab eləmirəm ki, müharibə NATO-Rusiya müharibəsinə çevriləcək, lakin artıq Britaniya və Fransanın Rusiyanın dərinliklərinə zərbə endirmək qərarı geri oxunmayacaq. Bu da o deməkdir ki, Tramp nə Rusiyaya, nə də Ukraynaya təzyiq edə bilməyəcək. Hər bir halda, düşünürəm ki, Ukraynada müharibə davam edəcək”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
60
50
poliqon.info

10Mənbələr