AZ

"87 milyon manat mükafat formasında yerli icra hakimiyyəti orqanlarına verilib" - Nazir

"Yerli icra qurumlarının mükafatlandırılması sistemi var. Kifayət qədər yaxşı nəticə verməkdədir. Bu sistemlə bu il təxminən 87 milyon manat vəsait əlavə mükafat formasında yerli icra hakimiyyəti orqanlarına verilib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin büdcə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bu vəsaiti Dövlət Vergi Xidməti yığıb, həmin vəsait rayonda daha yüksək proqnozlaşdırıldıqda, onun 50 %-i həmin yerli icra hakimiyyəti orqanının sərəncamına verilir:

"Daha çox məbləğlər böyük şəhərlərdə formalaşır. Bəzi rayonlarda bu alınmır. Bunun da səbəbləri var. Bu istiqamətdə işlər görülür. Onların ümumiyytələ 750 milyon manatlıq büdcələri var. Yerli qurumların gəlirləri 795 milyon manat, xərcləri isə 800 milyon manatdır. Onlar büdcələrinin 12-13 %-ni mükafat formasında qazana bilərlər".

Anar Kəlbiyev

Seçilən
17
unikal.az

1Mənbələr