AZ

"Hizbullah"dan müsadirə edilən silahların 60-70%-i Rusiya istehsalıdır - WSJ

İsrail Ordusunun Livanın cənubundakı hərbi əməliyyatının ilkin mərhələsində "Hizbullah"dan müsadirə edilən silahların 60-70%-i Rusiya istehsalı olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” Suriya təhlükəsizlik xidmətinin nümayəndələrinə və adı açıqlanmayan ərəb rəsmisinə istinadən məlumat yayıb.

Onlar bildiriblər ki, bəzi silahlar, o cümlədən 2020-ci ildə istehsal edilmiş və son illərdə Livanın cənubuna göndərilən qabaqcıl "Kornet" tank əleyhinə raketləri Rusiyanın qonşu Suriyadakı ehtiyatlarından götürülüb.

İsrail Ordusu Livanda 2024-cü il oktyabrın 1-də başlayan quru əməliyyatının ilk günlərindən "Hizbullah"dan müsadirə edilən silahlar arasında çox sayda Rusiya istehsalı olan silahların olduğunu bildirib. Bununla belə, məqalə bu mövzuda yeni məlumatlar təqdim edir.

Nəşrin yazdığına görə, söhbət "Kornet” tank əleyhinə raket sistemlərindən başqa, həmçinin "Metis” tank əleyhinə raket kompleksi, "Konkurs” tank əleyhinə raket kompleksi, "Faqot” tank əleyhinə raket kompleksi və "Malyutka” tank əleyhinə raket kompleksindən gedir. Bunu qutulardakı işarələr də təsdiqləyir: silahlar Suriyadan keçərək "Hizbullah”a çatıb, onlar Rusiya tərəfindən Suriya Müdafiə Nazirliyinə ötürülüb.

Nizami Bağırov
Seçilən
7
1
qaynarinfo.az

2Mənbələr