AZ

Azərbaycan COP29-da kiçik dövlətlərə səslərini dünyaya çatdırmaq üçün şans yaratdı — AÇIQLAMA

“Azərbaycan dəfələrlə müxtəlif səviyyəli qlobal tədbirlərə ev sahibliyi edərək COP29-u da reallaşdırmaq haqqını qazandı. COP29-da əvvəlki COP-lardan fərqli olaraq bir çox yeniliklərə imza atıldı. İlk dəfə olaraq bir ölkə 11 ay ərzində bu tədbirə hazırlaşdı. Digər ölkələr iki il əvvəldən tədbirə ev sahibliyi edəcəklərini bilirdi. Məsələn, COP30-un keçiriləcəyi Braziliya da bunu artıq iki il əvvəldən bilir. Belə bir mötəbər tədbir bu il 11 ay ərzində görülən hazırlıq işləri nəticəsində ərsəyə gəldi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib. O bildirib ki, bu tədbirlə Azərbaycan kiçik dövlətlərə öz mövqeyini ifadə etməsi üçün şans yaratmış oldu:



“Digər COP-larda bu gözlənilmirdi, əsasən, böyük dövlətlərin diqtəsi ilə qərarlar qəbul edilirdi. Azərbaycanın dəstəyi ilə kiçik dövlətlər COP29-da səslərini dünyaya çatdıra bildi. Bu da Azərbaycanın öz üzərinə götürdüyü humanitar missiya ilə əlaqədardır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə də kiçik dövlətlərin hüquqlarının qorunması istiqamətində çox ciddi tədbirlər həyata keçirildi. Fransanın neokolonializm siyasəti ilə bağlı həyata keçirilən tədbirlər buna misaldır. Ümumilikdə, COP29 bu günə qədər keçirilən COP-ların ən möhtəşəmidir və bir daha Azərbaycanın gücünü, inkişafını və bu cür tədbirlər üçün nə qədər əlverişli məkan olduğunu bütün dünyaya göstərdi”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
35
demokrat.az

1Mənbələr