"Bavariya"nın futbolçusu Joau Palinya ciddi zədə alıb.
QOL.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi milli komandanın məşqində zədələnib.
29 yaşlı oyunçunun əzələsində problem aşkarlanıb. Klubun mətbuat xidməti Palinyanın bir neçə həftə məşqlərdən kənarda olacağını açıqlayıb.
Qeyd edək ki, Joau Palinya yayda İngiltərənin "Fulhem" klubundan "Bavariya"ya keçib.