AZ

“Onların ümumi 750 milyon manatlıq büdcələri var”

“Yerli icra qurumlarının mükafatlandırılması sistemi var. Kifayət qədər də yaxşı nəticə verməkdədir. Bu sistemlə bu il təxminən 87 milyon manat vəsait əlavə mükafat formasında yerli icra hakimiyyəti orqanlarına verilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.

“Bu vəsaiti Dövlət Vergi Xidməti yığıb, həmin vəsait rayonda daha yüksək proqnozlaşdırıldıqda, onun 50%-i həmin yerli icra hakimiyyəti orqanının sərəncamına verilir. Daha çox məbləğlər böyük şəhərlərdə formalaşır. Bəzi rayonlarda bu alınmır. Bunun da səbəbləri var. Bu istiqamətdə işlər görülür. Onların ümumi 750 milyon manatlıq büdcələri var. Yerli qurumların gəlirləri 795 milyon manat, xərcləri isə 800 milyon manatdır. Onlar büdcələrinin 12-13%-ni mükafat formasında qazana bilərlər”.

Nuranə Daxilqızı

Seçilən
11
1
qafqazinfo.az

2Mənbələr