AZ

Yeni Zelandiya iqlim dəyişikliyinin nəticələri ilə mübarizə üçün əlavə vəsait ayıracaq - Nazir

Bakı. Trend:

Yeni Zelandiya iqlim dəyişikliyinin yaratdığı itkilərə vəzərərlərə cavab olaraq Qlobal Fonda əlavə 10 milyon ABŞ dollarıayırır.

Trend xəbər verir ki, bunuYeni Zelandiyanın iqlim dəyişikliyi üzrə naziri Saymon Uotts COP29çərçivəsində Bakıda keçirilən sammitdə milli bəyanatla çıxışızamanı bildirib.

"Biz bu fondun ən çox zərər çəkmiş icmalara effektiv dəstəkgöstərməsini, onların iqlim təsirlərindən sonra bərpa olunmasına vədaha dayanıqlı gələcək qurmasına kömək etməsini təmin etməyəçalışırıq", - deyə o qeyd edib.

Nazir əlavə edib ki, bundan əvvəl Yeni Zelandiya Sakit okeanölkələrinin iqlim dəyişikliyinə qarşı dayanıqlılığını gücləndirməküçün yaradılmış Sakit okean Dayanıqlılıq Fondu üçün 20 milyon ABŞdolları ayırıb.

"İqlim dəyişikliyi bütün ölkələr üçün ciddi bir çağırışdır,lakin Yeni Zelandiya öz iqlim hədəflərinə çatmaqda qərarlıdır vəiqlim böhranının təsirini minimuma endirmək üçün töhfə verməyəhazırdır. Biz, xüsusilə Sakit okean regionundakı tərəfdaşlarımızlabirlikdə onların iqlim prioritetlərini dəstəkləməkdən qürurduyuruq. Yeni Zelandiya “Country Flexible Finance” daxil olmaqla,tərəfdaşlara alınan vəsaitlərin istifadəsi istiqamətlərini müstəqilşəkildə müəyyən etməyə imkan verən innovativ iqlim maliyyələşdirməyanaşmalarını tətbiq edir", - deyə S.Uotts bildirib.

Nazir əlavə edib ki, Yeni Zelandiya bərpa olunan enerjimənbələrinin inkişafını davam etdirir. Ölkədə artıq elektrikenerjisinin 85 faizi bərpa olunan mənbələrdən istehsal olunur və bugöstəricinin 2050-ci ilə qədər ikiqat artırılmasıplanlaşdırılır.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
36
az.trend.az

1Mənbələr