AZ

Kiçik ada dövlətləri COP29-da ümid tapır - Sent-Kits və Nevis

Bakı. Trend:

COP29 çərçivəsində keçirilən tədbirlərdə inkişaf etməkdə olankiçik ada dövlətləri (SIDS) ümid tapdı.

Trend xəbər verir ki, bubarədə Sent-Kits və Nevisin Dayanıqlı İnkişaf, Ətraf Mühit və İqlimDəyişikliyi üzrə naziri Coyel Trezia Klark Bakıda keçirilənsammitdə çıxışı zamanı bildirib.

Nazir iqlim dəyişikliklərinin SIDS üçün ciddi nəticələrdoğurduğunu vurğulayıb.

"Son on ildə Karib hövzəsi və Latın Amerikasında iqlimdəyişiklikləri ilə bağlı təxminən 40 min insan həyatını itirib vəiqtisadi itkilər 1,3 trilyon dollar təşkil edib. Ada sakinləriiqlim böhranının dəhşətli nəticələri ilə üzləşir və bu vəziyyətdənçıxış yolu üçün ümidlərini bu tədbirə bağlayır", - deyə Klark qeydedib.

O, ölkəsinin qarşılaşdığı çətinlikləri belə təsvir edib:"Çəkilən dalğa torpaqlarımızı əlimizdən alır. Balıqçılarıntorlarında balıq yoxdur. Fermerlərin alətlərinin torpağı qazmağagücü çatmır. Şiddətli yağış dayanmır".

Klark iqlim dəyişiklikləri ilə mübarizə üçün maliyyələşmədəkibərabərsizliyə diqqət çəkib.

"2023-cü ildə SIDS uyğunlaşma üçün qlobal maliyyələşmənin yalnız0,2 faizini aldı. Haradadır həmrəylik? Haradadır ədalət? Bakı SIDSüçün yardım və nəticələrin sinoniminə çevrilməlidir", - deyə ovurğulayıb.

Nazir islahatlara çağıraraq, güzəştli maliyyələşmə, tamfunksional zərər və itkilərin ödənilməsi fondu və iqlim siyasətindəhesabatlılıq tələb edib.

C.T.Klark Sent-Kits və Nevisin enerjinin dekarbonizasiyası,iqlimə dayanıqlı evlərin tikintisi və tərəfdaşlıqların qurulmasıyolu ilə dayanıqlı inkişaf məqsədlərinə çatmaq istəklərini qeydedib.

O, Qlobal Ada Dayanıqlı İnkişaf Sammitinin keçirilməsiplanlarını açıqlayıb və birgə səylərin vacibliyini vurğulayıb.

"Uşaqlarımız, yaşlılarımız, qadınlarımız, qızlarımız, yerlixalqlarımız, gənclərimiz daha yaxşısını haqq edir. Gəlin dahayaxşısına can ataq, kiçik addımlarla kifayətlənməyək. Bakı maliyyəməqsədlərinə birgə çatmaq üçün məkan olsun", - deyə Coyel TreziaKlark çıxışını tamamlayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
39
1
az.trend.az

2Mənbələr