AZ

III Dünya müharibəsi başlayır – ŞOK AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin ölkənin nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib.

Tribunainfo.az bildirir ki, Putinin nüvə doktrinasını yeniləməsindən sonra Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəzi qərarların Üçüncü Dünya müharibəsinə səbəb ola biləcəyini bildirib.

O bu sözləri ABŞ prezidenti Co Baydenin Ukrayna Silahlı Qüvvələrinə Rusiya Federasiyasının dərinliklərinə zərbə endirmək icazəsini şərh edərkən qeyd edib.

Medvedev qeyd edib ki, NATO ölkələrinin raketlərinin istifadəsi Rusiya tərəfindən alyansın birgə hücumu kimi qiymətləndirilə bilər və bu halda Rusiyanın kütləvi qırğın silahları ilə cavab zərbəsi endirmək hüququ yaranacaq və belə bir ssenari Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq.

Qeyd edək ki, ABŞ mediası prezident Co Baydenin ilk dəfə olaraq Kiyevə Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə verdiyi barədə məlumat yayıb. ABŞ Dövlət Departamenti məlumatı təsdiqləyib.

Seçilən
13
3
tribunainfo.az

4Mənbələr