Noyabrın 19-da gecə saat 03:25-də Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətindəki hərbi obyektə 6 ballistik raketlə zərbə endirib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Təsdiqlənmiş məlumatlara görə, Ukrayna tərəfi ABŞ istehsalı olan “ATACMS” operativ-taktiki raketlərindən istifadə edib.
“S-400” və “Pantsir” hava hücumundan müdafiə sistemlərinin döyüş ekipajları 5 raketi vurub, 1 raketi zədələyib. Raketin qalıqları Bryansk vilayətindəki hərbi obyektin texniki ərazisinə düşüb və yanğın dərhal söndürülüb. Tələfat və dağıntının olmadığı bildirilir.