AZ

Azərbaycan bələdiyyələri gələn il büdcədən 13,5 milyon manat vəsait alacaq

Azərbaycanda gələn il dövlət büdcəsindən bələdiyyələrə 13,5 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Xəbər verilir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında bildirib.

Onun sözlərinə görə, bunun 7,5 milyon manatı bələdiyyələrin gəlir və xərclərinin tənzimlənməsi üçün dotasiya kimi nəzərdə tutulub.

"Bələdiyyələrin məqsədli xərcləri üçün 1,6 milyon manat məbləğində subvensiya, bələdiyyələrin sərəncamında olan su təchizatı qurğularının istismarı və xidmətləri ilə bağlı xərclər üçün isə 4,4 milyon manat subsidiya nəzərdə tutulub", - deyə nazir qeyd edib. "Report" 


Seçilən
9
9
azia.az

10Mənbələr