Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Millətlər Liqasının 5-ci turunda Estoniya ilə qolsuz bərabərə bitən matç haqda sonra Sportinfo.az-a açıqlama verib.
O, ilk olaraq matç barədə danışıb:
"Rəqibi 90 dəqiqə təzyiq altında saxladıq. Amma təəssüf ki, 3 xalı ala bilmədik.
Son nöqtəni qoymaqda çətinlik yaşadıq. Gah qapıçı yaxşı oyandı, gah da top dirəkdən döndü. Amma hər kəs əmin ola bilər ki, əlimizdən gələni etdik".
Arxada qalan 5 oyundan sonra millimiz aktivindəki 1 xalla sonuncu pillədə qərarlaşır. Artıq D liqası qapıdadır.
Ozan acınacaqlı mənzərəni belə şərh edib:
"Turnir cədvəlinə baxıb, kiminsə xoşbəxt olması mümkün deyil. Futboldur da , oyuna çıxmayaq?
Hər oyuna qələbə üçün çıxırıq. Azarkeşləri, ölkəmizi mutlu etmək istəyirik. Amma çox heyf ki, bacara bilmədik".
Orta sahə oyunçusu sonda qarşıdakı İsveç matçı barədə də qısaca danışıb:
"İsveç güclü millidir. Yaxşı oyunçulara sahibdir. Amma səfərdə əlimizdən gələnin artığını meydanda qoyacağıq".
XANOĞLAN