AZ

Azərbaycanın U-19 millisi qələbəni sonda əldə verdi

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində keçirdiyi üçüncü oyunda qələbəni sonda əldən verib.

Fanat.Az-ın məlumatına görə, təmsilçimiz Moldova ilə üz-üzə gəlib.

Kişinyovdakı “Zimbru” stadionunda baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb.

Millimizin heyətində Həsən Nəzərli 15 və 45+1-ci dəqiqələrdə fərqlənərək dubl edib. Moldova bərabərlik qolunu 90+7-ci dəqiqədə vurub.

Qeyd edək ki, Elxan Abdullayevin rəhbərlik etdiyi U-19 daha əvvəl İslandiya (0:2) və İrlandiyaya (0:4) yenilib.

Nihat

Seçilən
42
fanat.az

1Mənbələr