AZ

“Forbes” “Qarabağ”ın keçirdiyi tədbirdən yazdı

style='margin-bottom:10px;'>

Məşhur “Forbes” jurnalı COP29 konfransı çərçivəsində “Qarabağ”ın təşəbbüsü ilə Bakıda tanınmış klubların iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması və bununla bağlı keçirilən təbirdən yazıb.

QOL.az xəbər verir ki, yazıda bu alyansın yaradılmasının əhəmiyyətindən bəhs edilib

Qeyd olunub ki, ən yüksək səviyyəli futbol klubları Bakıda, Azərbaycanda COP29 çərçivəsində başlanmış yeni ittifaqın yaradılması ilə iqlim tədbirlərini artırmağı öhdələrinə götürüblər.

“Avropa Klublar Assosiasiyası və Azərbaycanın “Qarabağ” klubunun rəhbərlik etdiyi İqlim üzrə Futbol Klubları Alyansına ilk olaraq “Atletiko”, “Fənərbaxça” “Flamenqo”, “Qalatasaray”, “Liverpul”, “Malmö”, “Porto”, “Real Betis”, “Tottenhem” və “Udineze” qoşulub.

Yeni alyansın əsas məqsədi daha çox futbol klubunu bu təşəbbüsə qoşulmağa həvəsləndirməkdir. Əlavə öhdəliklərə klubun ətraf mühitə təsirini minimuma endirmək, azarkeşləri iqlimlə bağlı tədbirlər görməyə ruhlandırmaq, iqlim həllərini hazırlamaq üçün şəhərlər və ətraf mühit üzrə QHT-lərlə əməkdaşlıq etmək və yaşıl texnologiyalara sərmayə qoymaq daxildir” - deyə yazıda bildirilib.

Nəşr FİFA prezidenti Canni İnfantinonun da Bakıda keçirilən təbirdə iştirakından yazıb.

Xatırladaq ki, “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb. Yeni qurum COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunub.

Seçilən
23
6
teleqraf.com

8Mənbələr