AZ

Portuqaliya COP29-da iqlim maliyyələşdirilməsi mənbələrinin genişləndirilməsinə çağırır

Bakı. Trend:

Portuqaliya ümid edir ki, COP29 sammiti iqlim dəyişikliyinəuyğunlaşma tədbirlərini gücləndirəcək.

Trend xəbər verir ki, bunuPortuqaliyanın ətraf mühit məsələləri üzrə dövlət katibi EmidioFerreyra Duş Santuş Souza çıxışı zamanı bildirib.

O, COP29-da çıxış edərək iqlim maliyyələşdirilməsi üzrə donorbazasının genişləndirilməsinin vacibliyini vurğulayıb və töhfələrinyalnız inkişaf etmiş ölkələrlə məhdudlaşmamalı olduğunu qeydedib.

"Donor bazasını genişləndirmək çox vacibdir", - deyə E.Souzabildirib.

O, yüksək ÜDM səviyyəsinə və əhəmiyyətli emissiyalara malikolan, lakin hələ də inkişaf etməkdə olan ölkə hesab ediləndövlətlərin bu prosesə cəlb edilməsini dəstəkləyib.

"Hazırda ətraf mühitin ən böyük çirkləndiricilərinin bir çoxuiqlim dəyişikliyi ilə mübarizə üçün kifayət qədər səy göstərmir", -deyə əlavə edib.

Portuqaliyanın iqlim strategiyasının əsas elementi dövlətmaliyyələşdirilməsinin özəl investisiyalarla birləşdirilməsidir.2030-cu ilə qədər Portuqaliyanın beynəlxalq iqlimmaliyyələşdirilməsi öhdəlikləri 68,5 milyon avroya çatacaq.

O, həmçinin, Portuqaliyanın xüsusilə portuqaldilli ölkələrlə butərəfdaşlıqları 2025-ci ildən sonra genişləndirmək niyyətindəolduğunu bildirib.

E.Souza COP29-un iqlim dəyişikliyinə uyğunlaşma tədbirləriningücləndirilməsi və ədalətli keçidin təmin edilməsi üçün şəraityaradacağına ümid etdiyini ifadə edib.

"Bütün hədəfləri, ambisiyaları və çevikliyi nəzərə alaraq,qərarlar məqsədlərimizə daha yaxın olacaq", - deyə o, fikrinitamamlayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
19
az.trend.az

1Mənbələr