AZ

ABŞ Konstitusiyası Trampa buna icazə vermədi


ABŞ Konstitusiyanın 22-ci Düzəlişi bunu qadağan edir.

Belə ki, 1951-ci ildə təsdiq edilmiş 22-ci düzəlişə əsasən, bir şəxs yalnız iki dəfə prezident seçilə bilər. Heç bir şəxs prezident vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.

Bu düzəliş Franklin D. Ruzveltin dörd müddət prezident olmasından sonra qəbul edilib və uzunmüddətli prezidentlikləri məhdudlaşdırmaq məqsədi daşıyır. Beləliklə, mövcud qanunlara əsasən, üçüncü müddətə prezident olmaq istəyən şəxs bunu yalnız Konstitusiyaya düzəliş etmək yolu ilə reallaşdıra bilər. Bu isə çox çətin prosesdir, çünki həm Konqresin hər iki palatasının üçdə iki səs çoxluğu ilə təsdiqi, həm də ştatların dörddə üçü tərəfindən ratifikasiyası tələb olunur.

Nəticə olaraq, hazırkı Konstitusiya ilə Trampın üçüncü müddətə prezident olmaq arzusu hüquqi baxımdan mümkün deyil.

  //milli.az
Seçilən
24
4
ann.az

4Mənbələr