AZ

Tunis COP29-da iqlim ədalətinə və texnologiyaların ötürülməsinə çağırır

Bakı. Trend:

Tunis beynəlxalq ictimaiyyəti xüsusilə inkişaf etməkdə olanölkələrə qabaqcıl texnologiyaların ötürülməsi sahəsində qlobalsəyləri artırmağa çağırır.

Trend xəbər verir ki, bunuTunis Respublikasının ətraf mühit naziri Habib Abid COP29sammitində çıxışı zamanı bildirib.

"İstixana qazı emissiyalarına görə ən böyük məsuliyyət daşıyansənaye baxımından inkişaf etmiş ölkələr, qlobal iqlim məqsədlərinədəstək olmaq üçün daha əhəmiyyətli maliyyə yardımları təqdimetməlidir", - deyə o qeyd edib.

Nazir Tunisin iqlim dəyişikliklərinin güclənən təsirləriqarşısında həssaslığını vurğulayaraq, emissiyaların azaldılması vəiqlim böhranlarından ən çox zərər çəkmiş ölkələrə yardımgöstərilməsi üçün kollektiv qlobal tədbirlərin təcili olduğunubildirib.

"BMT-nin İqlim Dəyişikliyi çərçivə Konvensiyasının qəbuledilməsindən 30 ildən çox vaxt keçməsinə baxmayaraq, mənfi təsirlərsürətlə artmağa davam edir. Ekstremal hava hadisələri — daşqınlar,quraqlıqlar, dəniz səviyyəsinin yüksəlməsi — təkcə ekoloji deyil,həm də iqtisadi və sosial çətinliklərlə üzləşən dövlətlər vəcəmiyyətlər üçün sabitliyə təhlükə yaradır", - deyə H.Abidvurğulayıb.

Qlobal istixana qazı emissiyalarının yalnız 0,07 faizinə görəməsuliyyət daşıyan Tunis, su çatışmazlığı, məhsuldarlığın azalmasıvə ərzaq təhlükəsizliyinə təhdid kimi iqlim dəyişikliyinin ciddinəticələrini yaşayır.

H.Abid bu problemlərin Tunisin təbii resurslardan yüksəkdərəcədə asılı olan iqtisadiyyatına mənfi təsir göstərdiyinibildirib.

"Bizim kənd təsərrüfatımızın əsasını təşkil edən torpaq və suehtiyatlarımız böyük təzyiq altındadır. Temperaturun artması vəyağıntıların azalması yalnız iqtisadiyyata deyil, həm də əhalininsağlamlığına və ümumi sabitliyə təsir edir", - deyə nazirbildirib.

Tunis iqlim dəyişikliklərinə uyğunlaşma və onun təsirlərininyumşaldılması üçün hərtərəfli strategiyalar hazırlayıb. Bustrategiyalara bərpa olunan enerji mənbələrindən istifadəningenişləndirilməsi, deqradasiyaya uğramış ekosistemlərin bərpası vəekoloji təmiz texnologiyalar sahəsində innovasiyalarınstimullaşdırılması daxildir.

Lakin H.Abid qeyd edib ki, etibarlı beynəlxalq dəstək olmadanmilli səviyyədə göstərilən səylər kifayət deyil.

"Bu, ədalət məsələsidir", - deyə o, iqlim ədalətininəhəmiyyətini vurğulayıb.

"Qlobal həmrəylik və ədalətli maliyyə töhfələri əhəmiyyətliirəliləyiş əldə etmək üçün vacibdir", - Habib Abid.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
14
1
az.trend.az

2Mənbələr