AZ

Gürcüstan müxalifətçiləri küçə etirazları üçün yeni taktika açıqlayıblar

Gürcüstan müxalifəti küçə etirazlarının yeni taktikasına keçdiyini elan edib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə “Vzqlyad” qəzeti məlumat yayıb.

 

Tbilisidə oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələri ilə razılaşmayanların nümayişləri davam edir.

 

“Biz indiyədək hakimiyyətə məlum olmayan yeni taktika ilə hərəkət edirik.  Əvvəllər biz yalnız Rustaveli prospektində parlament binasının yanında toplaşırdıq, indi isə səyyar aksiyaya keçmişik”, - deyə müxalifətçi deputat Giorgi Vaşadze bildirib.

O, Tbilisinin müxtəlif küçələrini bağlayacağına söz verib, vətəndaşları müxalifəti dəstəkləməyə çağırıb. Etirazçılar polisdən uzaqlaşaraq kiçik qruplar halında hərəkət etməyi planlaşdırırlar.

Oktyabrın 26-da Gürcüstanın ali qanunverici orqanına seçkilər keçirilib. Səsvermənin nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası 54,3% səs toplayaraq qalib gəlib. Lakin müxalifətin bir sıra siyasi birlikləri seçki kampaniyasının nəticələrini qəbul etməyib, Dəyişiklik Koalisiyasının üzvləri hətta deputat mandatlarından da imtina ediblər.

Noyabrda Gürcüstanda müxalifət partiyalarının nümayəndələri, onların tərəfdarları, həmçinin vətəndaş fəalları parlament seçkilərinin nəticələrinə etiraz olaraq aksiyalarda iştirak ediblər.

Noyabrın 19-da səhər saatlarında Gürcüstan paytaxtında müxalifətçilər ilə Daxili İşlər Nazirliyinin əməkdaşları arasında toqquşma başlayıb. Etirazçılar polisə daş atıb və asayiş keşikçiləri gözyaşardıcı qazla müqavimət göstəriblər. Daha sonra 16 nəfərin saxlanıldığı məlum olub.

Bundan əvvəl Gürcüstanda onlar müxalifətin “şəkli Qərbə göstərmək” istəyi barədə məlumat vermişdilər.

 

Nigar

 

Seçilən
82
45
oxu24.com

10Mənbələr