AZ

COP29-da Nigeriya: "Biz ölçüləbilən tərəqqiyə nail olmalıyıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"COP29 mükəmməl və əla təşkil olunub. Pavilyonlarda görüşlərin və əlavə tədbirlərin təşkilindən tutmuş nəqliyyata qədər hər şey bizi təsirləndirdi. Hər şey düzgün əlaqələndirilib və təhlükəsizdir".
Bunu Niger Delta İnkişaf Komissiyasının Ətraf Mühitin Mühafizəsi və Nəzarət direktoru, Nigeriyanın COP29 nümayəndə heyətinin üzvü Onuoha Obeka Oxu.Az-a konfransın təşkilindən təəssüratını bölüşərkən bildirib.
O, ölkəsinin üzləşdiyi iqlim çağırışlarından danışıb və COP29-da ekoloji problemlərin həllində irəliləyişə nail olunmasına ümidini ifadə edib.
"Burada, Bakıda qəbul edilmiş qərarların əksəriyyətinin praktiki həyata keçirilməsi üçün səy göstərmək lazımdır ki, gələn il Braziliyada yekunları nəzərdən keçirərkən ölçüləbilən tərəqqiyə nail olaq", - deyə Nigeriya nümayəndəsi vurğulayıb.
Obeka bildirib ki, Nigeriya iqlim dəyişikliyinin müxtəlif nəticələri ilə üzləşir: şimalda quraqlıqdan cənubda daşqınlara, şəhərlərdə istiləşmədən iş yerlərinin itirilməsinə qədər.
"Nigeriya hökuməti ekoloji problemləri həll etmək üçün əlindən gələni edir. Agentliklər adaptasiya mexanizmləri, texnologiyaların təkmilləşdirilməsi, insanların məlumatlılığının artırılması və potensialın artırılması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə bu nəticələrin bəzilərinin aradan qaldırılması üzərində işləyir", - deyə o qeyd edib.
Rufina Abdullayeva
Seçilən
14
50
oxu.az

10Mənbələr