AZ

Həyat yoldaşımdan ayrılmamışdım ki sonradan da peşman olum - ANONS

Müasir Azərbaycanın ilk hərbi marşının müəllifi, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev Modern.az saytına geniş müsahibə verib. Bəstəkar müsahibədə müxtəlif məsələlərə münasibət bildirib bir sıra maraqlı məqamlara toxunub.

Müsahibədən anonsları təqdim edirik:


- Polad Bülbüloğlu 4 il sonra qələbə marşı yazacağını bildirib. Buna reaksiyanız necədir, sizcə, Polad Bülbüloğlu dillər əzbəri olacaq marş yaza bilərmi?


-  Yazacaq... Bu adam bəstəkardır. Marş yazmaq bəstəkar üçün çətin iş deyil. Texniki imkanları da var, həmçinin 5 il Qara Qarayevin sinifində dərs alıb. Bəstəkarlıq peşəsini çox yaxşı bilir. Amma həmin marşın insanlar arasında yayılması məsələsi də var. Musiqi elədir ki, bu gün sevilməyə də bilər, amma üstündən 20-30 il keçəndən sonra populyarlaşar. Məsələn, elə Poladın 56 il əvvəl “Uşaqlığın son gecəsi” filmindəki “Gəl ey səhər” mahnısını götürək. Mən həmin mahnını o vaxtdan çox bəyənmişdim, amma müəyyən vaxtdan sonra unuduldu. Üstündən illər keçəndən sonra o musiqi Türkiyəyə qədər gedib çıxdı. Hər bəstənin bir ömrü, taleyi var. Tamaşaçının dinləmə mexanizmindən çox şey aslıdır, onu da qabaqcadan bilmək olmur. Ancaq Poladın yetəri qədər populyarlaşan bəstələri olub. 
 

- Belə başa düşmək olur ki, sizin üçün iş həyatı, ailə həyatından daha önəmli olub. Sonradan peşman oldunuzmu buna görə, tək yaşamaq çətin deyil?


- Heç vaxt ailəmi işim üçün baryer görməmişəm Peşman olmağa gəldikdə, mən ayrılmamışdım ki sonradan da peşman olum. Tək yaşamağın müəyyən çətinlikləri var, xüsusilə kişi üçün bu daha çətindir. Amma insan istəsə, hər şeyin öhdəsindən gələ bilər. Mənim 74 yaşım var, onun sadəcə 27 ilini kimlərləsə yaşamışam. Əvvəl anam-atamla, sonra da həyat yoldaşım ilə. 50 ilə yaxındır ki, tək yaşayıram. Ona görə də alışmışam hər şeyə. Paltar da yuya, yemək də bişirə, ev də təmizləyə bilirəm. 
 

Müsahibə yaxın günlərdə yayımlanacaq...

Seçilən
18
modern.az

1Mənbələr