AZ

“Tramvayları tez bir zamanda şəhərimizdə görə biləcəyik” - EKSPERT

“Trolleybuslarla bağlı gözləntilərimiz çox təəssüf ki, zəifdir, amma tramvayları ümid edirik ki, tez bir zamanda şəhərimizdə görə biləcəyik. Çünki bununla bağlı müsbət tendensiyalar var. Dövlətimiz də bunu istəyir”.

Bunu açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

O əlavə edib ki, hətta Bakının Baş Planında da tramvayların bərpası məsələsi nəzərdə tutulub: “Ancaq hələlik işlər bir az ləng gedir. Əsas odur ki, bununla bağlı müsbət düşüncələr var və ümid edirik ki, bu düşüncələrin də tez bir zamanda müsbət həlli mümkün olacaq. Hansı yollarda, necə və hansı formada olacağı tam bəlli deyil, amma fikirlər bundan ibarətdir ki, tramvaylara ehtiyac var, onlar Bakı küçələrinə qayıtsın. Onların xüsusi zolaqları olur və hərəkətləri ilə bağlı hər hansı bir çətinlik yaşanmayacaq. Çox təəssüf ki, bu, zamanında dəyərləndirilmədi və sistem tam olaraq sıradan çıxarıldı. İndi də vaxtilə tramvay yolları olan bir çox yollar daralıb və müəyyən səbəblərdən o yollar tramvay üçün əlverişli deyil. Amma bir çox yollar var ki, orada tramvay yolu çəkmək olar. Məsələn, Heydər Əliyev, Babək, Ziya Bünyadov və digər küçə, prospektlərdə tramvay nəqliyyat növünü bərpa etmək mümkündür”.

(xalqcebhesi)

Seçilən
9
avtosfer.az

1Mənbələr