AZ

Azərbaycanın 10 şəhər və rayonunda pensiya 400 manatdan yüksəkdir

Bu ilin oktyabrın 1-nə Azərbaycanda təyin edilmiş pensiyaların orta məbləği 494 manat təşkil edib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə ən yüksək orta məbləğ 675 manatla paytaxt bakının payına düşür.

Bakıdan sonra 9 şəhər və rayona orta məbləğ 400 manatdan yuxarıdır. Belə ki, Şirvan şəhərində bu məbləğ 425 manat, Zəngilanda 424, Siyəzən və Sumqayıtda 417, Şuşada 414, Abşeronda 411, Gəncədə 408, Qubadlıda 402, Mingəçevirdə isə 400 manat təşkil edib.

Neftçala,  Hacıqabul və Salyanda 399, Qazax, Şabran və Şəmkirdə 396, Qobustan və Ağstafada 392, Daşkəsən, Tərtər, Göygöl, Cəbrayıl, Naftalan, Xaçmaz, Gədəbəy, Yevlax, Ağsu və Zərdabda 391, Lerik, Quba,Tovuz, Ağcabədi,Şamaxı və Füzulidə 390 manat təşkil edib

Seçilən
36
fed.az

1Mənbələr