AZ

Bayden ona məktub yazdı: təcili kömək istədi

ABŞ prezidenti Co Bayden sentyabrın 26-da Florida ştatının şimal-qərb sahillərinə təsir edən Helene və Milton qasırğalarına görə təcili əlavə büdcə tələb edib.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evdən yazılı açıqlama verilib.

Belə ki, Bayden məsələ ilə bağlı Nümayəndələr Palatasının sədri respublikaçı Mayk Consona məktub yazıb.

O, məktubunda "Helene və Milton qasırğalarına və digər təbii fəlakətlərə sürətli reaksiya vermək üçün Konqresdən təcili əlavə maliyyə tələb edirəm" yazıb.

Seçilən
8
publika.az

1Mənbələr