"Barselona"nın yarımmüdafiəçisi Pedri Kataloniya təmsilçisindəki gələcəyinin necə olacağı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
"Hazırda agentlərim "Barselona" ilə yeni müqavilə ilə bağlı danışıq aparırlar. Məncə, hər şey yaxşı olacaq. Proseslər gözlədiyim şəkildə gedir".
Xatırladaq ki, 21 yaşlı Pedrinin "Barselona" ilə indiki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Cari mövsüm "blauqrana"nın forması ilə bütün turnirlərdə 17 matça çıxan orta xətt oyunçusu 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı onun transfer qiymətini 80 milyon avro ilə qiymətləndirir.
Nihat