İldən-ilə fermerlərin quraqlığa davamlı taxıl bitkilərinə marağı artır. Bunu Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Fərdi Rəhimli COP29 beynəxalq tədbiri zamanı anews.az-ın sualını cavablarkən deyib.
"2020-ci ildən taxıl bitkilərinin suya daha çox ehtiyacı olmayan növlərinin əkildiyini müşahidə edirik. Su tələb edən taxıl bitkilərinə ildən-ilə maraq azalır. Buna səbəb məhsulardılığın az olması da bir səbəbdir. Fermerlər başa düşür ki, məhsuldarlıq gözlənilən səviyyədə olmur. Buna görə də quraqlığa davamlı taxıl bitkilərinə maraq artır. Bu ona görə yaxşıdır ki, həm məhsuldarlıq artır, həm də suya tələbat az olur. Bu məsələdə əsas fermerlərin məlumatlandırılmasınə və maarifləndirilməsini genişləndirməkdir ki, biz də bu istiqamətdə işlər görürürük", - sədr müavini bildirib.
Sədr müavini vurğulayıb ki, hazırda ənənəvi suvarma üsulları ilə müasir suvarma üsullarına ayrılan subsidiyalar da fərqlidir.
Bundan əvvəl iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib ki, Azərbaycan quraqlıqda yetişə bilən kənd təsərrüfatı məhsulları istehsal edəcək.
Nazir müavini bildirib ki, quraqlıq kənd təsərrüfatı üçün əngəllər yaradır, buna görə də quraqlığa davamlı məhsullar yetişdirilməsi əsas hədəflərdən olmalıdır.
Azərbaycanda 2023-cü ildən etibarən 5 il müddətinə taxılın hər tonuna görə 100 manat məbləğində subsidiya müəyyən edilib.
Ümumilikdə, Azərbaycana buğda idxalının 87 faizi Rusiyanın, 13 faizi isə Qazaxıstanın payına düşüb.
2023-cü ildə Azərbaycana buğda idxalı 1 milyon 175,341 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 9,1% azdır.
Hazırda Azərbaycanda buğdaya olan tələbatın 62% yerli istehsal hesabına ödənilir. Qalan hissə Ukrayna, Rusiya və Qazaxıstandan idxal edilir.

Gülnar Nazimqızı
www.anews.az