AZ

Estoniya 2030-cu ilə qədər ölkənin enerji tələbatını tamamilə bərpa olunan enerji ilə ödəməyi hədəfləyir – oko Alender

Bakı. Trend:

Estoniya 2030-cu ilə qədər ölkənin istehlak etdiyi qədər bərpaolunan enerji istehsal etməyi qarşısına məqsəd qoyub.

Trend xəbər verir ki, bunuEstoniyanın iqlim naziri Yoko Alender COP29 sammitində çıxışızamanı bildirib.

"Bu, Estoniyanın təmiz və dayanıqlı gələcəyə olan sadiqliyiniəks etdirir. Ölçülərimizin kiçik olmasına baxmayaraq, Estoniyaenerji balansında bərpa olunan enerji payına görə Aİ-nin dörd liderölkəsindən biridir. Hədəfimiz - ölkənin enerji tələbatını tamamiləbərpa olunan enerji ilə ödəməkdir. Bu, bizim təmiz və dayanıqlıgələcəyə olan bağlılığımızı göstərir", - deyə o vurğulayıb.

Nazir beynəlxalq ictimaiyyətin iqlim dəyişikliklərinə qarşımübarizədə daha iddialı olmasının vacibliyini qeyd edib.

"İsti dalğalarının, daşqınların və meşə yanğınlarının artması,iqlim böhranının cəmiyyətlərə, iqtisadiyyatlara və təbiətə vurduğuzərərin bariz göstəricisidir. Biz qətiyyətlə və təcili şəkildəhərəkət etməliyik", - deyə nazir bildirib.

Yoko Alender, həmçinin, qlobal miqyasda qalıq yanacaqsıziqtisadiyyata keçidin, ekosistemlərin bərpasının vəbiomüxtəlifliyin qorunmasının əhəmiyyətini vurğulayıb.

"İstixana qazı tullantılarının əhəmiyyətli dərəcədə azaldılmasıüçün həll yolları artıq mövcuddur və biz bu həlləri tətbiqetməliyik. Övladlarımızın gələcəyi bundan asılıdır", - deyə o əlavəedib.

Nazir iqlim maliyyələşməsi mövzusuna toxunaraq, Avropaİttifaqının və onun üzv ölkələrinin bu sahədə ən böyük donorlararasında olduğunu, xüsusilə də həssas ölkələrin iqlimdəyişikliklərinə uyğunlaşmasına böyük diqqət yetirildiyini qeydedib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
8
az.trend.az

1Mənbələr