AZ

Prezident xəstəxanadan evə buraxıldı

“G20” sammitindən sonra xəstəxanaya yerləşdirilən Paraqvay prezidenti Santyaqo Pena xəstəxanadan buraxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə dövlət başçısının ofisi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Dövlət başçısı səhər tezdən tibbi məsləhətlər alaraq xəstəxanadan buraxılıb və o, işinə davam edə bilib”, – məlumatda deyilir.

Prezidentin ofisi əlavə edib ki, Pena hazırda “G20” sammitində iştirakını bərpa etməyə hazırlaşır.

Xatırladaq ki, Santiaqo Penya ürəyində yaranan ağrılara görə təcili yardım maşını ilə Rio-de-Janeyroda keçirilən “G20” zirvəsini tərk etmişdi.

Məlik,
KONKRET.az

Seçilən
17
konkret.az

1Mənbələr