AZ

Yeni bir ulduz doğuldu!

2024-cü il prezident seçkilərində qalib gəldiyini elan etdikdən qısa müddət sonra Donald Tramp tərəfdarı, milyarder və sahibkar İlon Maskı tərifləyib.

Publika.az xəbər verir ki, “Amerikanın səsi” yazır ki, Trampın qələbəsi o deməkdir ki, dünyanın ən nüfuzlu adamı indi dünyanın ən zəngin adamlarından biri ilə yaxın qohumdur.

Mənbə xatırladır ki, Donald Tramp Floridada tərəfdarları ilə görüşdə ABŞ prezident seçkilərində qalib gəldiyini elan edərkən “Ulduz doğulur” deyib.

Sən demə, Tramp özünü yox, onun tərəfdarı, milyarder İlon Maskı nəzərdə tuturmuş.

“O, gözəl insandır. Bu axşam bir yerdə idik. O, iki həftə Filadelfiya və Pensilvaniya ştatlarında bizim kampaniyada iştirak etdi”, - deyə Tramp davam edib.

Varlı insanların siyasətçiləri dəstəkləməsi yeni bir şey olmasa da, bəzi ekspertlərin fikrincə, Tramp-Mask birliyi fərqlidir.

“Maskın işi təkcə sahibkar olduğu üçün deyil, həm də texnoloji sahibkar olması və müxtəlif sənaye sahələrinə təsir göstərdiyi üçün xüsusidir. Onun təsir dairəsi texnoloji imkanları ilə məhdudlaşmır”, - deyə sosioloq Stefani Ellis Beyker qeyd edib.

Seçilən
40
38
publika.az

10Mənbələr