AZ

6 ölkənin XİN başçısı Rusiyanı ittihametdi

Altı Avropa ölkəsinin (Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Polşa və Fransa) xarici işlər nazirləri Rusiyanı Avropa İttifaqı və NATO ölkələrinə qarşı hibrid hücumları gücləndirməkdə ittiham ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə xarici işlər nazirlərinin Brüssel görüşündən sonra birgə bəyanatında deyilir.

“Rusiya sistemli şəkildə Avropanın təhlükəsizlik arxitekturasına hücum edir. Moskvanın NATO və Aİ ölkələrinə qarşı hibrid fəaliyyətinin artması öz müxtəlifliyi və miqyası baxımından görünməmiş haldır”, - sənəddə deyilir.

Avropa ölkələrinin nümayəndələri də Moskvanı revizionizmdə, İran və Şimali Koreya ilə münasibətlər qurmaqda, Ukrayna münaqişəsi ilə bağlı konstruktiv danışıqlar aparmaq istəməməkdə ittiham ediblər. Altı ölkənin xarici işlər nazirləri təhlükəsizlik və müdafiə xərclərini artırmaq, mühüm hərbi potensiala sərmayə qoymaq və Ukraynaya hərbi və iqtisadi dəstəyi artırmaqla NATO-nu gücləndirməyə çağırıblar.

Sevinc İBRAHİMZADƏ

Seçilən
18
redaktor.az

1Mənbələr