"Texnoloji yeniliklər kənd təsərrüfatı sektorunda süni intellekt və rəqəmsal tətbiqini vacib elementə çevirib".
APA xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29-da "İqlim maliyyəsinin fermerlər üçün işlək edilməsi: təsərrüfat təcrübələri və konkret həllər" mövzusunda tədbirdə bildirib.
O deyib ki, texnologiyaların inkişafı rəqəmsal alətlərin aqrar sektora adaptasiyasını zəruri edib: "İqlim dəyişikliyi problemi ilə üzləşən dünyada fermerlərin də yeni atmosfer şərtlərinə uyğunlaşması son dərəcə vacibdir. Son illərdə texnologiyaların inkişafı rəqəmsal alətlərin kənd təsərrüfatı sahəsinə də uyğunlaşdırılmasını vacib vəzifəyə çevirib. Baş verən texnoloji yeniliklər kənd təsərrüfatı sektorunda süni intellekt və rəqəmsal həllərin tətbiqi yolu ilə yeni və innovativ alətlərin yaranmasını şərtləndirib. Biz ölkələr arasında ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığı vacibdir hesab edirik. Fikrimizcə, bu əməkdaşlıq daha da dərinləşməlidir. Ona görə burada iştirak edən tərəfləri strateji sahələrdən biri hesab olunan kənd təsərrüfatı sahəsində effektiv əməkdaşlığa çağırırıq".