AZ

Əmircanov yığmamızın qələbəsinə inanır

“Bu gün İsveç millisinə qarşı ölüm-qalım oyunu var. Futbolçular nəyin bahasına olursa-olsun meydana çıxaraq, bizə lazım olan nəticəni əldə etməlidirlər”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov deyib.

Sabiq müdafiəçi millimizin İsveç yığması üzərində qələbə qazanacağını düşünür: “Estonlarla oyunda qol epizodlarını dəyərləndirmədik. Nə qədər çalışsaq da, sonunu gətirə bilmədik. Bəlkə də bir qol vursaydıq, davamı gələrdi. Kefiyyət baxımından geri qalırıq. Futbolçularımız mütamadi bir-biri ilə oynamır. Bəziləri legioner həyatı yaşayır, bəziləri isə demək olar ki, əsas heyətdə çox az yer alır. Fərdi keyfiyyət baxımından Estoniya yığmasından geri qalmasaq da, təəssüf ki, oyunda qol çatmadı. Lakin keyfiyyət baxımından Avropa komandalarından geri qalırıq. Onlar görür ki, öz futbolçuları əziyyət çəkir, gedib səviyyəli legionerləri gətirib milliləşdirirlər. Onlarda bizdə olduğu kimi yerli futbolçular olsun söhbəti yoxdur. 3 gün öncə evdə estonları udsaydıq, bu gün D Liqasına düşmək ehtimalımız demək olar ki, yox idi. Futbolçularda çox gözəl başa düşür ki, bu gün qələbədən başqa şansları yoxdur. Bunun üçün sadəcə özlərinə inanmalıdırlar. Futbolda hansısa komanda səndən güclü olsa belə, mübarizliyinin, meydanda can qoymağının, kişi xarakterinin hesabına qalib gələ bilərsən. Lakin rəqib heç də zəif komanda deyil. Ən əsası, evdə oynayırlar və üstünlük onların tərəfindədir. Amma bu, o demək deyil ki, çıxıb rahat şəkildə bizə qalib gələcəklər. Bilmirəm niyə, amma komandamıza güvənirəm. İnanıram ki, bu gün millimiz qalib gələcək”.

GÜNAY SÜLEYMANOVA

Seçilən
15
futbolinfo.az

1Mənbələr