AZ

Özbəkistanla birgə tekstil klasterinin yaradılmasına 105 milyon dollar sərmayə yatırılacaq

Azərbaycanın “Azərşəkər” və Özbəkistanın "Global Textile” şirkətləri tərəfindən birgə tekstil klasterinin yaradılması layihəsinə 105 milyon ABŞ dolları sərmayə yatırılacaq.

FED.az xəbər verir ki, bunu "Global Textile" şirkətinin baş direktoru Muzaffar Razakov deyib.

Onun sözlərinə görə, layihənin İmişli və Yevlax rayonlarında həyata keçirilməsi planlaşdırılır. "Layihə çərçivəsində həm xammal, həm də 100 faiz hazır məhsul istehsalı nəzərdə tutulur. Əsas diqqət qlobal brendlərin tələblərinə uyğun məhsulun keyfiyyətinə yönəldiləcək. Gələcəkdə məhsulun Türkiyə, Rusiya, Yaxın Şərq, Qərbi və Şərqi Avropa bazarlarına ixrac edilməsi nəzərdə tutulur”,- M.Razakov qeyd edib. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)

Seçilən
15
1
fed.az

2Mənbələr