Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov millinin İsveçlə səfər oyununu tribunadan izləyəcək.
Sfera.az xəbər verir ki, o, bu gün qarşılaşmanın keçiriləcəyi “Stroberri Arena”da olacaq.
Qeyd edək ki, UEFA Millətlər Liqasının matçında yığmamızı 200-ə yaxın azarkeş dəstəkləyəcək. Görüş Bakı vaxtı ilə saat 23:45-da start götürəcək.