AZ

Malta iddialı iqlim təşəbbüsləri və maliyyə bazasının gücləndirilməsini dəstəkləyir

Bakı. Trend:

COP29 qlobal iqlim gündəliyinin irəliləməsi üçün vacib birfürsət təqdim edir, lakin bu, həm də pozitiv dəyişikliklər üçünaydın və təsirli addımlar siyahısı tələb edir.

Trend xəbər verir ki, bunuMalta Respublikasının ətraf mühit, enerji və bərpa naziri MiriamDalli COP29 sammitində bildirib.

Nazir qeyd edib ki, Milli Səviyyədə Müəyyən Edilən Töhfələr(NDC) qlobal istiləşməni 1,5 dərəcə Selsi səviyyəsindəməhdudlaşdırmaq hədəfinə uyğun olmalıdır.

"Bizim NDC-lər 1,5 dərəcə hədəfinə çatmağa yönəlməlidir", – deyəM.Dalli vurğulayıb.

O əlavə edib ki, etibarlı yumşaltma tədbirləri ilə effektivadaptasiya planları arasında sıx əlaqə var. Nazir qeyd edib ki,adaptasiya planları yumşaltma strategiyalarına inteqrasiyaedilməlidir ki, ölkələr iqlim dəyişikliyinin çağırışlarına hazır vədavamlı olsunlar.

Miriam Dalli iqlim neytrallığına və dayanıqlı qlobal gələcəyənail olmağın vacibliyini vurğulayıb. O, iqlim maliyyələşdirilməsisahəsində yeni kollektiv maliyyə hədəfi (NCQG) üzrə iddialı vəhəyata keçirilə bilən razılaşma əldə olunmasının zəruriliyinədiqqət çəkib.

"Biz insanlar və planet üçün iqlim neytral və dayanıqlı gələcəyitəmin etməliyik", – deyə nazir bildirib.

"Malta istixana qazı emissiyalarındakı dəyişiklikləri əksetdirən bir bazanın yaradılmasını tələb edir", – deyə əlavəedib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
11
1
az.trend.az

2Mənbələr