“Azərbaycanda ətraf mühit çox gözəldir”.
Msport.az xəbər verir ki, bu sözləri “Lənkəran”ın amerikalı basketbolçusu Emanuel Littlz klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, Azərbaycanda oynamaqdan məmnunluğunu dilə gətirib: “Lənkəranda ətraf təsirlər çox olmadığı üçün diqqətimiz tamamilə basketbola və oyuna yönəlir. Buradakı insanlar da çox mehriban və dəstəkçidirlər. Onlar bizimlə elə davranırlar ki, sanki hansısa məşhur şəxslərik (gülür). Burada sevdiyim yer kiçik ticarət mərkəzidir. Çünki orada insanların həqiqətən də əyləndiyini görmək olur. Bakı isə Azərbaycanın gördüyüm ən yaxşı şəhəridir. Ora çox gözəldir”.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının B qrupunda mübarizə aparan “Lənkəran” komandası üç turdan sonra 5 xalla 4-cü pillədə qərarlaşıb.