AZ

Mawejje Harbert: İqlim dəyişikliyinə adaptasiya yalnız buna yetərincə maliyyə vəsaiti ayrıldığında mümkün olacaq

"Gənc fermerlərin qarşılaşdığı problemlərin həllinə innovativ yanaşma tətbiq edilməlidir, bu sahədə köhnəlmiş tənzimləmə alətlərindən imtina olunmalıdır".

APA xəbər verir ki, bu sözləri Uqandanın Gənc Fermerlər Federasiyasının layihə rəhbəri Mawejje Harbert "İqlim maliyyəsinin fermerlər üçün işlək edilməsi" adlı paneldə deyib.

"İqlim dəyişikliyinə adaptasiya yalnız buna yetərincə maliyyə vəsaiti ayrıldığında mümkün olacaq. O ki qaldı fermerlərin problemlərinin həllinə vəsaitin ayrılmasına, bu vəsait ilk növbədə effektiv xərclənməlidir. Ölkələrimizin üzləşdiyi su çatışmazlığı məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır. Ona görə mənim əsas təklifim yetərincə maliyyə vəsaitinin ayrılması istiqamətində olacaq. Lakin onu da bilməliyik ki, yetərincə torpaq və su ehtiyatları təmin olunmasa, ayrı-ayrı ölkələrdə fermerlər üçün əhəmiyyətli şərait yaradılmasa kənd təsərrüfatı sahəsindən danışmaq mümkün deyil".

Seçilən
24
1
apa.az

2Mənbələr