AZ

Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirib

Avropa İttifaqı (Aİ) Şurası İrana qarşı sanksiyaları genişləndirdiyini və raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalında istifadə olunan komponentlərin Aİ-dən bu ölkəyə ixracını qadağan etdiyini açıqlayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Aİ Şurasının məlumatına görə, Rusiya və Orta Şərq ilə Qırmızı dəniz bölgəsindəki silahlı qrup və birləşmələrə verdiyi hərbi dəstək səbəbi ilə iranlı bir şəxs və bir təşkilat sanksiya siyahısına salınıb.

Buna görə, raket və PUA-ların inkişaf etdirilməsi və istehsalında istifadə olunan komponentlərin Aİ-dən ixracı, ötürülməsi, tədarükü və ya satışı qadağandır.

Sanksiyalar həmçinin siyahıya salınmış şəxslər və qurumların sahib olduğu, idarə və ya nəzarət etdiyi limanlarla hər hansı əməliyyatları da əhatə edir.

Qərara uyğun olaraq, İran İslam Respublikası Gəmiçilik Şirkəti (IRISL) və onun meneceri Məhəmməd Rza Khiabani, o cümlədən Rusiya qonuşlarını təchiz etmək üçün Xəzər dənizi vasitəsilə PUA komponentləri daxil silah-sursat daşıdığı bildirilən "MG Flot", "VTS Broker" və "Arapax" adlı Rusiyanın gəmiçilik şirkətləri sanksiyalar siyahısına daxil edilib.

Seçilən
33
1
sia.az

5Mənbələr