AZ

FAO: ​​​​​​​İqlim böhranı ərzaq təhlükəsizliyini pozur, ən həssas təbəqələri təhdid edir

İqlim böhranı ərzaq təhlükəsizliyini pozur və əhalinin ən həssas təbəqələrini təhdid edir.

APA xəbər verir ki, bunu COP29-da “NDC 3.0 aqrar-qida sistemi üzrə iqlim ambisiyası və fəaliyyətinin gücləndirilməsi” panelində müzakirələr zamanı FAO-nun İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisi Direktoru Kaveh Zahedi deyib.

O bildirib ki, dünyanın ən yoxsul əhalisinin səksən faizi kənd yerlərində yaşayır. Onlar bərabərsizliyi dərinləşdirən və münaqişələri artıran daha tez-tez baş verən ekstremal hava hadisələri ilə qarşılaşırlar.

“Davamlı aqro-ərzaq sistemləri insanları həssaslıqdan çıxara bilər və iqlim, biomüxtəliflik, torpaq və aclıqla əlaqəli problemləri həll edə bilər. Amma hələ çox yolumuz var. Qlobal icmal və COP28 açıq şəkildə göstərdi ki, aqro-ərzaq sistemlərində iqlim ambisiyalarını və tədbirlərini artırmaq iqlimə davamlı gələcək üçün vacibdir”- o əlavə edib.

Seçilən
48
apa.az

1Mənbələr