Astarada bıçaqlanma hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayon ərazisində 1990-cı il təvəllüdlü Ərçivan sakini Samir Etibar oğlu Mehdiyev və 1988-ci il təvəllüdlü qardaşı Zeynal Mehdiyev bıçaqlanıb. Onlar xəstəxanaya çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəlini bilinən şəxslərin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Fakt araşdırılır.