Bakı. Trend:
Ərzaq istehsalını hazırkı səviyyə ilə müqayisədə 50 faizartırmaq lazımdır.
Trend xəbərverir ki, bunu FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regionalnümayəndəsi Viorel Qutu "Su, enerji, qida və ekosistemlər üzrəregional əməkdaşlıq vasitəsilə iqlim fəaliyyətininsürətləndirilməsi" adlı tədbirdə deyib.
"Biz bu çağırışların mərkəzində ərzaq və kənd təsərrüfatıolmaqla, indidən 2050-ci ilə qədər qarşılaşa biləcəyimiz beş təcilivə bir-biri ilə əlaqəli böhranla üzləşirik.
Birincisi, ərzaq təhlükəsizliyi böhranı var. Hazırda 730 milyonayaxın insan aclıqdan əziyyət çəkir. 2050-ci ilə qədər dünyaəhalisinin, demək olar ki, 10 milyarda çatacağı gözlənilir və bizhələ də ikinci Dayanıqlı İnkişaf Məqsədinə (DİM) nail olmaqdanuzağıq. Hər kəsi qidalandırmaq üçün ərzaq istehsalını indikisəviyyədən 50 faiz artırmaq lazımdır", - o bildirib.
Onun sözlərinə görə, ikincisi, iqlim böhranıdır. Kəndtəsərrüfatı sistemləri iqlim dəyişikliyinə çox həssasdır, lakinonlar qlobal istixana qazı emissiyalarının təxminən 30 faizinəcavabdehdirlər.
"Üçüncüsü, su böhranı. Dünyada şirin suyun təxminən 70 faizikənd təsərrüfatı ilə bağlı götürülür. Suvarma üçün su istehlakının10 faiz artacağı, gələcəkdə isə bu göstəricinin 30 faizə qədəryüksələ biləcəyi gözlənilir ki, bu da əhəmiyyətli enerji xərcləritələb edir.
Dördüncü böhran enerjidir. Kənd təsərrüfatı sistemləri istifadəolunan bütün enerjinin təxminən 30 faizini istehlak edir və qlobalenerji istehlakının 50 faizə qədər artacağı proqnozlaşdırılır. Vənəhayət, beşinci böhran təbiət böhranıdır. Kənd təsərrüfatıbiomüxtəlifliyin itirilməsinin və torpaqların deqradasiyasınınəhəmiyyətli faktorudur, baxmayaraq ki, onun davamlılığı sağlamekosistemlərdən və münbit torpaqdan asılıdır", - o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.