Argentina prezidenti Xavyer Miley İyirmilik Qrupunun (G20) sammitində çıxış edərək, müasir qlobal idarəçiliyi uğursuzluq və ölkələri məcbur etmək üçün bir sxem adlandırıb.
“Beynəlxalq ictimaiyyət tərəfindən aqressiv şəkildə irəli sürülən siyasətlərin bir çoxu ən əsas insan hüquqlarını, yəni yaşamaq, azadlıq və şəxsi mülkiyyət hüququnu pozur”, - deyə Miley Rio-de-Janeyroda keçirilən G20 sessiyalarından birindəki çıxışında bildirib.
Mileyin fikrincə, “bu gün beynəlxalq birlik əməkdaşlıqdan daha çox zor tətbiqetmə sistemi ilə dominantlıq edir”.
Argentina liderinin iddia etdiyi kimi, o, qlobal idarəçilik prinsipləri ilə barışmaqdansa, ona qarşı üsyan etməyə üstünlük verir.
Oxuməni.az