AZ

"Messidən futbolka istəmək, avtoqraf almaq fikrində deyildim"

Lionel Messinin formasını geyindiyi "İnter Mayami"ni MLS liqasının pley-off mərhələsində 3:2 hesabı ilə yenərək mübarizədən kənarlaşdıran "Atlanta Yunayted"in rusiyalı futbolçusu Aleksey Mirançuk argentinalı superulduza qarşı oyunundan danışıb.

Fanat.Az xəbər verir ki, "championat.com" onun sözlərini belə çatdırıb:

"Təəssüf ki, Messidən futbolka istəmək, avtoqraf almaq fikrində deyildim. Mən heç vaxt belə şey etməmişəm. Ola bilsin ki, utanmışam. Səbəblər çoxdur, amma məndə belə şey olmayıb. Onu deyə bilərəm ki, Messiyə qarşı oynamaq xoş idi. Rəqibin heyətindəki ulduzların səviyyəsinə baxanda başa düşürsən ki, bu, nəsə bir üst pillədir. Onları keçı bildiyimiz üçün şadam. Ətrafdakıların çoxu deyirdi ki, "İnter Mayami"ni üstələmək şansımız azdır. Əksini göstərə bildiyimiz üçün özümü xoşbəxt sayıram".

Nihat

Seçilən
10
fanat.az

1Mənbələr