AZ

3 qadına hədə-qorxu gələn blogerin apellyasiya məhkəməsi başlayıb

Bakıda 3 qadına hədə-qorxu gələrək pul tələb etmədə təqsirləndirilən bloqer Cəmil Quliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. 

Adalet.az-ın verdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Zamin Ä°brahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Prosesin baxışa verilməsi ilə bağlı qərar qəbul edilib. 

Məhkəmənin ilk baxış iclası noyabrın 21-nə təyin edilib. 

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində elan edilmiş hökmə əsasən, təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bloqer Cəmil Quliyev hədə-qorxu yolu ilə qadınlardan pul tələb edib. Belə ki o, “Ä°nstagram” və “TikTok” sosial şəbəkə səhifələrində “jam_guliyev” adlı şəxsi hesab yaradıb xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup ş əxs halında təkrarən hədə-qorxu ilə tələb edib.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə), 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Seçilən
16
adalet.az

1Mənbələr