AZ

Özbəkistan, Seneqal, Misir və Qambiya rəsmiləri “ASAN xidmət”də olublar

Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiya nazirinin müşaviri Bobur Raximov, Seneqalın Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyinin Aparat rəhbəri Hahmadou Bamba, Misirin kommunikasiya və informasiya texnologiyaları nazirinin baş müşaviri Hodoka Baraka və Qambiyanın Dövlət Xidmətləri, İnzibati İslahatlar və Siyasi Koordinasiya Nazirliyinin daimi katibi Pateh Jah “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Vətəninfo.az  xəbər verir ki, onlar Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “ASAN xidmət”in təşkil etdiyi Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda iştirak məqsədilə Azərbaycana səfər ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Özbəkistan, Seneqal, Misir və Qambiya rəsmiləri “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin, burada tətbiq olunan innovativ yeniliklərin onlarda yüksək təəssürat yaratdığını və həmin təcrübənin öyrənilməsində maraqlı olduqlarını bildiriblər.

Özbəkistan tərəfi ilə keçirilən görüşdə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin nəzdindəki “Yaşnobad” innovasiyalar texnoparkı arasında 2022-ci il dekabrın 15-də imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində nəzərdə tutulan tədbirlər, birgə fəaliyyət planları, startap və akselerasiya sahələrində qarşılıqlı təcrübə proqramları müzakirə edilib.

Misir tərəfi ilə keçirilən görüşdə isə mümkün əməkdaşlıq perspektivlərinin qurulması məqsədilə anlaşma memorandumunun imzalanması sahəsində ilkin razılığa gəlinib.

Rəsmilər “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.

Seçilən
19
6
veteninfo.az

7Mənbələr