AZ

Rusiyanın avtomobil nəhəngi Mərkəz Banka üsyan etdi: Camaat avtosalonlardan banklara axışır...

Rusiyada 2024-cü ilin sonuna qədər 1,7 milyon ədədə çatacaq minik avtomobilləri və yüngül kommersiya avtomobilləri bazarı Mərkəzi Bankın əsas faiz dərəcəsini daha da artıracağı təqdirdə 2025-ci ildə təxminən 25 faiz daralacaq.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu proqnozu ölkənin əsas minik avtomobili istehsalçısı olan AvtoVAZ ASC-nin prezidenti Maksim Sokolov jurnalistlərə açıqlayıb.

Onun sözlərinə görə, şirkət yüksək dərəcələrin təzyiqi altında noyabr ayında bazarda ciddi azalma görür. Belə ki, ayın birinci yarısında bazar şirkətin bu ay üçün əvvəlcədən proqnozlaşdırdığı ilə müqayisədə 40 faiz aşağı nəticə göstərib: “Noyabr ayında satışlarımıza gəlincə, biz bu ay üçün planlarımızın 25-30 faizi daxilində bir azalma görürük”.

O qeyd edib ki, “çox şey əsas uçot dərəcəsinin mümkün artırılması ilə bağlı qərardan və Mərkəzi Bankın siqnallarından asılı olacaq”:

“Biz görürük ki, Mərkəzi Bank öz məqsədinə çatıb: müştərilər avtosalonlardan banklara axışır, vəsaitlərini depozitlərə toplayırlar ki, bu da təbii ki, orta müddətli perspektivdə bazara və istehsala mütləq mənfi təsir göstərəcək. İndiki uçot dərəcəsi ilə gələn il AvtoVAZ-ın son 2-3 ildə nümayiş etdirdiyi istehsal tempini saxlamaq, sadəcə, mümkün deyil".
AvtoVAZ-ın proqnozuna görə, minik avtomobilləri və yüngül kommersiya avtomobilləri bazarı 2024-cü ilin sonuna qədər 1,7 milyon ədədə çatacaq. Gələn il bu göstərici 300-400 min ədəd az ola bilər.

Musavat.com

Seçilən
11
1
musavat.com

2Mənbələr